"Çelsi"-"Qarabağ" oyununa getmək istəyənlərə ŞAD XƏBƏR

"Çelsi"-"Qarabağ" oyununa getmək istəyənlərə
Böyük Britaniyanın Azərbaycandakı Viza Müraciət Mərkəzi "Çelsi"-"Qarabağ" futbol qarşılaşmasını izləmək istəyən Azərbaycan vətəndaşları üçün əlavə viza görüşü vaxtları müəyyən edib.

Bu barədə unikal.org-a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, viza almaq istəyənlər avqustun 29, 30 və 31-də əlavə görüş vaxtlarından yararlana bilərlər.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin I turu çərçivəsində sentyabrın 12-də Londonda "Çelsi"-"Qarabağ" oyunu keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
923 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...