Dosent tərəfindən məhkəməyə verilən prorektor — DANIŞDI

Dosent tərəfindən məhkəməyə verilən prorektor —

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Qasım Məmmədov universitetin müəllimi Rəna Gülmalıyevanın onu və rektor Mustafa Babanlını məhkəməyə verməsinə münasibət bildirib. Q.Məmmədov “Ölkə.Az”-a açıqlamasında deyib ki, hazırda rektor Mustafa Babanlı məzuniyyətdə olduğu üçün onu əvəz edir. Prorektor Rəna Gülmalıyevanın ittihamlarının tamamilə əsassız olduğunu söyləyib:

“Rəna Gülmalıyevanın bizdən narazılıq etməsinin səbəbi ayrıdır. Bilirsiniz ki, əvvəlki rəhbərliyin dövründə Universitetdə vəziyyət necə olub. Hərə necə istəyirdisə, onu da edirdi. Artıq cənab Prezident tərəfindən Mustafa Babanlı rektor təyin olunandan sonra Universitetin tədris prosesində qanun bərpa olunub və müəllimlər öz vəzifələrinə tam məsuliyyətlə yanaşmağa məcbur edilib. Biz Universitet müəllimləri olaraq öz tələbələrimizə yüksək təhsil verməliyik. Bunun üçün də biz Universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi üçün müəllimlərə “açıq dərs” təşkil edirik. Hər müəllimə olduğu kimi, 2016-cı ilin tədris ilində də Rəna Gülmalıyeva üçün də “açıq dərs” təyin olunmuşdu. Ancaq Rəna Gülmalıyeva “açıq dərs” günündə bülleten götürüb. Bizdə də “açıq dərs” nəzərdə tutulursa, o mütləq keçirilməlidir. Yalnız müəllim xəstələndiyi halda təxirə salına bilər. Rəna Gülmalıyevanın “açıq dərsi” də təxirə salınmışdı. Rəna Gülmalıyeva işə çıxandan sonra bu barədə ona xəbərdarlıq olunaraq bildirilib ki, sizin üçün “açıq dərs” filan tarixdə keçiriləcək. Ancaq Rəna Gülmalıyeva yenə də həmin vaxtı bülleten götürüb. Sanki, o “açıq dərs”lərdən qorxurdu. Ona görə də “açıq dərs”ə girməmək üçün hər cür əngəllər törədirdi. Nəhayət ki, 3-4-cü cəhdimizdə ona “açıq dərs” keçirməyə nail olduq. Bu zaman qiymətləndirilmədən sonra ona çox aşağı qiymət yazılıb. Rəna Gülmalıyeva da bundan sonra Universitet rəhbərliyinə qarşı yalan və böhtan danışmağa başlayıb”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
914 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...