ABŞ xüsusi xidmət orqanları “Kasperski laboratoriyası”ndan əl çəkmir

ABŞ xüsusi xidmət orqanları “Kasperski laboratoriyası”ndan əl çəkmir


Dövlət qurumlarına şirkətin məhsullarından vaz keçmək tapşırılıb

ABŞ kəşfiyyat xidmətləri kibertəhlükəsizlik sahəsində dünyanın nəhəng şirkətlərindən sayılan “Kasperski laboratoriyası”na təzyiqləri gündən günə artırırlar.

Musavat.com xəbər verir ki, bu barədə Chicago Tribune qəzetində Devid Qoldstin və Qreq Qordonun həmmmüəllif olduqları məqalədə deyilir.

Bu yaxınlarda Kremlin rəsmi sənədləri ilə tanış olan McClatchy nəşriyyat şirkətinin bununla bağlı yaydığı məlumat işlərin daha da sürətlənməsinə gətirib çıxaracaq. Belə ki, həmin sənədlərin Rusiyanın əks-kəşfiyyat orqanı Federal Təhlükəsizlik Xidməti tərəfindən verilən sertifikatlar olduğu ortaya çıxıb.

“FTX-nin Rusiyada işləməyi arzulayan şirkətlərə payladığı şablon sertifikatdan fərqli olaraq “Kasperski laboratoriyası”na verdiyi sertifikat fərqli xüsusiyyətlərə malik olub.

Belə ki, sertifikatda FTX-nin proqram nömrəsi ilə üst-üstə düşən hərbi kəşfiyyat bölməsinin nömrələri də əks olunub.

ABŞ mətbuatı onsuz da uzun müddətdən bəri “Kasperski laboratoriyası”nın yaradıcısı və rəhbəri Yevgeni Kasperskinin əslində Rusiya kəşfiyyatının agenti olduğunu yazmaqdadır. Kasperskinin vaxtilə DTK-nın Ali Məktəbində kriptoqrafiya, proqramlaşdırma və riyaziyyat bölməsində təhsil alması, daha sonra Müdafiə nazirliyində çalışması bu ehtimalları daha da qüvvətləndrib.

Məqalədə yaranan gündən bəri şirkətin dünyada 400 milyondan çox istifadəçiyə xidmət göstərdiyi qeyd olunur. Onun antivirus proqramı ABŞ-da da geniş müştəri kütləsinə sahibdir.

Məqalədə həmçinin “Kasperski laboratoriyası”nın xidmətlərindən ABŞ-ın federal agentliklərin də yararlandığı xəbəri verilir. Maraqlı həm də istehza doğuran xəbər vaxtilə Demokrat partiyasının Milli komitəsinin də eyni firmanın antivirus proqramın qoşulması ilə bağlıdır. Partiya hətta serverinin və poçt ünvanın sındırılmasından sonra belə Kasperskinin xidmətlərindən istifadə edib.

İndi Rusiyanın ABŞ-a qarşı həyata keçirdiyi kiberhücumların fonunda xüsusi xidmət qurumları Rusiya şirkətinin ABŞ-ın elektrik şəbəkəsinə və ya başqa həyati vacib sstemlərinə qəsd edəcəyi nigarançılığını yaşayır.

Son günlərdə baş verən hadisələr isə “Kasperski laboratoriyası”nı xəbərlərin qəhrəmanı halına gətirib. Federal Təhqiat Bürosunun agentləri laboratoriyanın rusiyalı əməkdaşlarını ciddi sorğu suala çəkib.

Senat komitəsi isə şirkətin məhsullarından federal miqyasda istifadə olunmasının məhdudlaşdırılması barədə qanun layihəsini qəbul edib. “Ümumiyyətlə informasiya texnologiyalarının istehsalçıları ilə ölkələrin hüquq mühafizə orqanları arasında bağlantılara təəccübləmək lazım deyil”, NATO-nun kibertexnologiyalar sahəsində eksperti, Atlantik şuranın əməkdaşı Kennet Girs məqalə müəlliflərinə rəyini ifadə edib.

Girsin sözlərinə görə, "Kasperski laboratoriyası"nın proqram təminatında Rusiya xüsusi xidmət orqanlarının hər zaman müdaxilə etmək üçün gizli şifrələrin olması tamamilə mümkündür. Dünya kompüterlərinin işlərinə müdaxilə edə biləcək sensorların qoyulması fikri həmişə kəşfiyyatın diqqətini cəzb edib.

Mərkəzi Kəşfiyyat idarəsinin Moskva rezidenti olmuş Stiv Hollun sözlərinə görə, əslində şirkətin Rusiya kəşfiyyatı ilə işləməmək şansı yoxdur. Burada çalışanların və onların ailələrinin bütün həyatının Rusyia ilə bağlı olmasını nəzəərə almaq lazımdır.

“Kasperski laboratoriyası”nın əməkdaşlarının istintaqı ABŞ təhlükəsizlik qurumlarınən daha maraqlı faktların üstünü açmasına gətiril çıxarıb. Məlum olub ki, şirkət Donald Trampın keçmiş milli təhlükəsizilik məsələlri üzrə müşaviri, Rusiya səfiri ilə apardığı danışıqlara görə istefaya göndərilən general Maykl Flinnə məsləhət xidmətləri göstərməsindən dolayı pul ödəyib.

Bu faktdan sonra Senatın silahlı qüvvələr ürə komitəsi Pentaqona Kasperskinin məsullarını almağı qadağan edən qətnamə qəbul etdi.

Bundan başqa, komitə tərəfidnən qəbul olunan qanun layihəsində “Kasperski laboratoriya”ının nəzarət paketinə sahib olduğu bütün firmalarla əlaqələri kəsmək əmr olunur.

Əgər Senat tərəfindən tətbiq olunan qadağan qanuni qüvvəsini alsa bu Rusiya və ABŞ arasında dövlətlər səviyyəsində yeni savaşa gətirib çıxaracaq. Rusiyanın Rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov ABŞ hökumətinin “Kasperski laboratoriyası”n qarşı atacağı hər addımın bərabər ölçüdə cavab tədbirlərinə gətirib çıxaracağını söyləyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
798 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...