Jurnalist Elçin Zahiroğlu sərbəst buraxıldı

Jurnalist Elçin Zahiroğlu sərbəst buraxıldı

Bir neçə gün öncə həbs olunmuş jurnalist Elçin Zahiroğlu bu gün saat 12.25-də sərbəst buraxlıb. Bu barədə Musavat.com-a onun yaxınları xəbər veriblər. Xəbər verdiyimiz kimi, “BakiPost” saytının baş redaktoru Elçin Zahiroğlu iyunun 1-də səhər saatlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.

Onun deputat Elmira Axundovanın oğlundan rüşvət aldığı iddia olunurdu. Bu barədə Həbib Axundov özü də mediaya açıqlamasında bildirmişdi. Jurnalistin dostları isə bu işdə bir anlaşılmazlıq və qurama olduğunu bildirərək, həqiqətin tezliklə üzə çıxacağını bildirirdilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
845 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...