Fransa məktəbi Azərbaycanda bağlandıqdan sonra Qazaxıstanda açılacaq
Qazaxıstanın “Freedom Holding Corp” şirkəti Xaricdə Fransız Təhsili Agentliyi (AEFE) ilə birgə Astana şəhərində qazax-fransız məktəbi tikəcək.
Yeniavaz.com Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı “Freedom Holding Corp”un təsisçisi Timur Turlov bildirib.
Timur Turlov deyib ki, qazax-fransız məktəbinin tikilməsi ilə bağlı müqavilə Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin Fransaya rəsmi səfəri zamanı imzalanıb.
Qazaxıstanlı iş adamı qeyd edib ki, məktəb AEFE ilə birlikdə idarə olunacaq.
Məlumat üçün bildirək ki, Timur Turlov Qazaxıstanın 75 ən zəngin iş adamı arasında beşinci (2024) və Qazaxıstanın 50 ən nüfuzlu iş adamı arasında dördüncü sıradadır. “Forbes” nəşri onun sərvətini 3,3 milyard dollar olaraq qiymətləndirib.
1990-cı ildən fəaliyyət göstərən Xaricdə Fransız Təhsili Agentliyi (AEFE) isə Fransa Xarici İşlər Nazirliyinin tabeliyində olan və xaricdə Fransa təhsil müəssisələrinin fəaliyyətini əlaqələndirən dövlət qurumudur.
Onu da bildirək ki, 2011-ci ildə Fransa Prezidenti Nikol Sarkozinin Bakıya səfəri zamanı Azərbaycan ilə də analoji saziş imzalanıb. 2014-cü ildə Bakıda Fransız liseyinin açılışı olub. Bu ilin aprel ayında isə Bakıdakı Fransız liseyi kommersiya problemləri səbəbindən bağlandığını açıqlayıb.
348 dəfə oxundu