Ramiz Zeynalovun YERİNƏ KİM GƏTİRİLİR? - İLGİNC GƏLİŞMƏ

Ramiz Zeynalovun YERİNƏ KİM GƏTİRİLİR? -
Baş Dövlət Yol Polisi İdarəsində birincilik uğrunda ciddi mübarizə gedir. Bu mübarizədə əsas tərəflərdən artıq biri sıradan çıxarılıb. Digər nazmizədlərin isə müəyyən edilərək, “zərərsizləşdirilməsi” istiqamətində işlər görülür.

Oxucuların xatirindədir ki, hələ bir xeyli əvvəl 4 yük avtomobili Heydər Əliyev prospektini bağlamışdı. Həmin sürücülər bu addımları ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etirazlarını bildirirdilər. Yəni, sürücülərin dediklərindən belə başa düşülürdü ki, onlar dövlət qurumundan icazə vərəqələrinin verilməsini tələb ediblər. Bildiriblər ki, icazə vərəqələrinin verilməməsi səbəbindən gətirdikləri malları xarab olub.

Əslində isə məsələnin kökü BDYPİ-də gedən “saray çəkişmələri”nin təzahürləri idi. Etibarlı mənbələrdən aldığımız məlumata görə, hazırda sözügedən baş idarədə hazırkı rəis Ramiz Zeynalovun təqaüdə çıxmasını səbirsizliklə gözləyən qruplar var. Həmin qruplardan birinin başında isə 2020-ci ilin 11 aprelində Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayına komandir təyinatı almış Fuad Mayılov dayanır.

Həmin məlumatlara görə, Mayılov Zeynalovun yerinə əsas iddialılardan biridir. Bunun üçün geniş imkanlara malikdir. Lakin rəqibsiz də deyil. Elə bu səbəbdən də rəqiblərini sıradan çıxarmaq üçün bir sıra addımlar da atmaqdan çəkinmir.

Belə ki, Fuad Mayılov əsas rəqibi olan, Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Rəşid Piriyevi sıradan çıxarmaq üçün maraqlı gediş edib. Məlumatlara görə, Piriyev vəzifə təyinatı aldıqdan sonra bir sıra dəyişiklik edərək, rəhbəri olduğu qurumda rüşvətin qismən də olsa qarşısını almağa nail olub. Bir çox dəyişikliklər də edib və bu səbəbdən də rəhbərlik yanında yaxşı nüfuz qazanıb. Adı heç bir qalmaqala, rüşvət olayına qarışmayan, təmiz işçi kimi ad çıxarmış Rəşid Piriyev elə bu səbəblərdən də Ramiz Zeynalovun yerinə ən optimal namizəd olaraq siyahının başında yer tutub.

Belə olan halda adı bir çox qalmaqallarda hallanan, lakin ətrafı və əlaqələri hesabına vəzifədə qalan Fuad Mayılov şanslarının azaldığını görərək, Rəşid Piriyevi oyundan çıxarmaq qərarına gəlib. Məlumatlara görə, Bakıda məlum TIR olayı da məhz Fuad Mayılov tərəfindən təşkil olunub. İddialara görə, Rəşid Piriyevin töhmət alması və əsas namizədlər siyahısından çıxarılması üçün Mayılov TİR sürücülərini Bakının əsas küçəsi olan və Prezidentin hər gün gedib-gəldiyi yolda etiraz aksiyası keçirmələri üçün şərait yaradıb. Nəticədə, Rəşid Piriyev baş verən hadisəyə görə həm töhmət alıb, həm də BDYPİ-nin rəisi olmaq şanslarını itirib.

Maraqlı məqamlardan biri də odur ki, Fuad Mayılov bu oyunu o qədər ustalıqla oynayıb ki, heç kim ondan şübhələnməyib. Əksinə, yolun açılması və təmizlənməsi prosesinə belə müdaxilə etməklə, özünü gözə soxmağa nail olub.

Hərçənd bu, Fuad Mayılovun yeganə oyunu deyil. Əksinə, o, vəzifə başına keçdikdən sonra Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinə nəzarəti ələ keçirərək, yeni “sistem” yaratması ilə də ad çıxarıb. Texniki baxışdan “asan keçmək” üçün “Vatçap qrupu” metodunu BDYPİ-yə ilk gətirən Mayılovun qurduğu düzən həqiqətən çox maraqlıdır.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandirinin özünə yeni komanda düzəltməsi, əsasən qohum və qudaların imkanlarından istifadə etməsi də bir ayır mövzudur. Həmçinin Mərkəzi Müayinə və Texniki Baxış Şöbəsində “moyka” biznesini yaratmaq da onun ağlının məhsullarından biridir.

Bu barədə növbəti yazımızda geniş bəhs edəcəyik. Məlum yazı ilə bağlı isə adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. //jamaz.info//

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
148 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...