Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarələrində nələr baş verir ? - İdarə rəislərini Rövşən Pənahovun aqibəti gözləyir…

Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarələrində nələr baş verir ? -
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) böyük strukturlarından biri də, Qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələridir.
Məlumat üçün qeyd edək ki, ASC-nin tabeçiliyində aşağıdakı Qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri var:
1. Acınohur - rəis Məmmədəli Qədir oğlu Məmmədov oğlu, Şəkidə yerləşir,
2. Bozdağ - rəis Məmmədəli Novruz oğlu Yusifov, Mingəçevir şəhərinsdə yerləşir,
3. Ceyrançöl - rəis Nizami Aslan oğlu Vəliyev, Tovuzda yerləşir,
4. Qobustan – rəis Mirkamil Miriş oğlu Seyidov, Abşeron, Xırdalanda yerləşir,
5. Pirsaat, rəis Mafizəd İltizam oğlu Cəfərov, Hacıqabulda yerləşir
6. Şirvan, rəis Nazim Soltan oğlu Əliyev, Kürdəmirdə yerləşir.
Məlumat üçün qeyd edək ki, bu idarələrin işi qış otlaqları massivində xırda və iri buynuzlu mal-qaranın su təminatını həyata keçirməkdən ibarətdir.
Respublikamızda 1956-cı ildən etibarən planlı surətdə qış otlaq sahələrinin su ilə təmin edilməsi məqsədilə geniş miqyaslı işlərin həyata keçirilməsinə başlanılmışdır. Son on illiklərdə 1105000 hektar qış otlaq sahələrində su təminatı sistemlərinin layihələndirilməsi, tikintisi və yenidən qurulması işləri həyata keçirilmişdir.
Bu idarələrin və idarə rəislərinin rüşvətxorluğu, qurumu ailə podratına çevirməsi, korrupsiya halları barədə dolğun təsəvvür əldə etmək üçün sabiq rəislərdən birinin əməllərinə nəzər salaq. Heç nə dəyişmədən həmin əməlləri yuxarıda sadaladığımız 6 idarəyə də aid etmək olar.
Söhbət Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsinin sabiq müdiri Rövşən Pənahovun cinayət əməllərindən gedir.
Hazırda Rövşən Pənahovla bağlı cinayıt işi üzrə ibtidai istintaq başa çatıb.
Qeyd edək ki, Rövşən Pənahova Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 311.3.2 ( təkrar rüşvətalma) və 311.3.3-cü maddələri ilə (külli miqdarda rüşvətalma) cinayət işi başlanıb.
Təsəvvür edirsiniz, uzun illər Qobustan Qış Otlaqlarının Su Təminatı Sistemlərinin İstismarı İdarəsində xeyli sayda işçilər əmək stajı hesablanmaqla işə gəlməyiblər. Əmək haqqı kartları isə idarə rəisinin cibində olub.
Və rəisi “ölü canlar”ların hesabına on miləri qazanıb.
Ümumiyyətlə, bu idarələrin çoxunda cinayət əməlləri oxşardır.
Məsələn, yuxarıda qeyd etdiyimiz idarələrin çoxunda eyni korrupsiya mexanizmi var.
Belə ki, idarə rəisləri idarənin balansında olan nəqliyyat vasitələrinin xidməti istifadəsi üçün verilən yanacağın xeyli hissəsini kənar yanacaq doldurma məntəqəsinə sataraq 100 minlər qazanırlar. Yəni idarələrin əksəriyyəti dövlətin ayırdığı yanacağı satmaqla məşğuldur.
Başqa bir korrupsiya və rüşvət mənbəyi.
Yuxarıda qeyd etdiyimiz idarələrin hər biri idarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin köhnəlməsi adı ilə onların balansdan çıxarılaraq satılması nəticəsində külli-miqdarda pul əldə edirlər.
Yəni texnikanı köhnəlmiş kimi “spisat” edirlər və baha qiymətə sahibkarlara, iş adamlarına satırlar.
Hansı ki, həmin avadanlıqların alınması üçün dövlət külli miqdarda vəsait ayırmışdı.
Bu idarələr balansda olan transformatorların, elektrik mühərriklərinin, nasos aqreqatlarının əsaslı təmiri adı altında külli miqdarda dövlət maliyyəsini mənimsəyirlər.
ASC-nin tabeçiliyində olan bu idarələr qış otlaqlarına su vermək əvəzinə müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır və iş görmək əvəzinə pulları nağdlaşdırırlar.
Bu rüşvət mexanizmini sürtkü yağlarına, vətəndaşların əkin sahələrinə rüşvət müqabilində verilən sulara və s aid etmək olar.
İdarələrə məxsus traktorlar, maşınlar, avadanlıqlar yerli sahibkarların şəxsi təsərrüfatında istismar olunur. Yəni bu idarələrin rəisləri dövlətin avadanlıqlarını öz dədə-baba əmlakı kimi arendaya-icarəyə verir və milyonlar qazanırlar.
Əbəs yerə deyil ki, bu gün haqqında cinayət işi qaldırılmış Rövşən Pənahovun adı ən varlı məmurların siyahısında çəkilir.
Sözün qısası, sabiq rəis Rövşən Pənahov barəsində sadaladığımız cinayət əməllərini eyni ilə, hətta artıqlaması ilə Acınohur, Bozdağ, Ceyrançöl, Qobustan, Pirsaat, Şirvan İdarələrinə aid etmək olar. Yəqin ki, bu idarələrin rəislərini də Rövşən Pənahovun aqibəti gözləyir.
gundelik baki.com
Teref.az olaraq məqalədə iddia olunan məsələlərlə bağlı qarşı tərəfin mövqeyini dərc etmıyı hazırıq!
Teref.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
587 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...