Şuşada ilk azan oxuyan əsgər: “28 illik əhdimi yerinə yetirdim” - MÜSAHİBƏ + FOTO/VİDEO

Şuşada ilk azan oxuyan əsgər: “28 illik əhdimi yerinə yetirdim” -

Son günlər sosial şəbəkələrdə Azərbaycanın işğaldan azad olunan Şuşa şəhərində 28 ilk dəfə azan oxuyan əsgərimiz müzakirə edilir. Sosial şəbəkələrdə yayılan videogörüntüdə əsgərimizin üzü görünmür.

Bu səbəbdən də onun kimliyi barədə müxtəlif fikirlər irəli sürülür. Təbii ki, bütün əsgərlərimiz bizim üçün dəyərlidir, əzizdir. Lakin redaksiyamıza göndərilən videoda əsgərimizin üzü görünür.

Bu gün mediada dərc edilən məlumatda təqdim edilən əsgər isə yayılan videodakı əsgərlərlə eyni şəxs deyil.

Sosial şəbəkələrdə sürətlə yayılan həmin görüntülərdə Şuşada məscidə çıxaraq azan oxuyan şəxs əslində Hacıqabul rayonunda anadan olan 1988-ci il təvəllüdlü Xəyyam Almasdır.

Xəyyam Almas Oxu.Az-a açıqlamasında deyib ki, azanı məşhur olmaq üçün oxumayıb. Qısa söhbət zamanı Xəyyam Almas bir neçə sualımızı da cavablandırıb:

- Əhd etmişdiniz yoxsa necə oldu azan oxumaq qərarına gəldiniz?

Şuşada ilk azan oxuyan əsgər: “28 illik əhdimi yerinə yetirdim” -


- Mən döyüşlərə könüllü qoşulmuşam. Ön cəbhəyə gələndə üç rəngli bayrağı özümlə götürmüşdüm. Niyyət etmişdim ki, əgər şəhid olsam bu bayrağı məzarım üzərinə qoysunlar. Sağ qalsam isə Şuşada dalğalandıracam.

Hər zaman arzu etmişdim ki, Şuşa azad olunduqdan sonra o məsciddə azan verim. Şükür Allaha ki, nəsib oldu. Videonu məşhur olmaq üçün çəkməmişdik. Mənim üçün fərq etmir ilk azan verən kimi tanınım ya da yox.

- Sosial şəbəkələrdə əsgərin aza oxuduğuna dair video sürətlə tirajlanıb. Sizinlə bərabər başqa bir əsgərimizin də adı hallanır.

- Xəbərim var. Amma yenə də demək istəyirəm ki, Xanım mənim orda azan vermək məqsədim məşhur olmaq deyildi. Məscid Yuxarı Gövhər Ağa məscididir. Əraziyə bizdən öncə gələn əsgər yoldaşlarımız məscidi təmizləyib, süpürmüşdü. Həmin günün səhəri isə təmizlənmiş məsciddə azan oxudum. Videonu isə yanımızda olan həkim Elşən lentə alıb. Mənim heç ağlıma gəlməzdi ki, söhbət buralara kimi gəlib çıxar.

-Xalqımız bütün əsgərlərimizə sevgi və diqqətlə yanaşır. Bəs siz bu qədər sevgini gözləyirdinizmi?

- Mən hər kəsə təşəkkür edirəm. Həqiqətən də belə diqqət və qayğı görmək çox xoşdur. Bu məsələdən də xəbərdar deyildim. Yoldaşlar mənə dedi ki, bəs sənin Şuşada çəkdirdiyin video yayılıb, amma başqa əsgərin adı qeyd olunub. Fikir vermədim, amma istər-istəməz bir az təsir elədi. Siz soruşmasaydınız yenə də diqqət edən deyildim. Mənim üçün önəmli olan Allah niyyətimi qəbul etsin.

Xatırladaq ki, leytenant, taqım komandiri olan Xəyyam Almas evlidir, iki qız övladı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
329 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...