Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? - ARAŞDIRMA

Milli Oftalmologiya Mərkəzində satınalmalar haqqında qanunu tələbləri necə pozulub? -
Son illər Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb.Lakin uzun illərdir bu sahəyə olan dövlət qayğısına baxmayaraq bir çox xəstəxanalarda hələ də müəyyən çatışmazlıqlar qalmaqdadır.İnsanların sağlamlığı üzərindən aparılan bir çox qanun pozuntuları bəzi xəstəxanların baş həkimlərinin əsas gəlir mənbəyinə çevrilməsi də heç kimə sirr deyil.Üstəlik dövlət büdcəsindən xəstəxanalara ayrılan vəsaitlərı də məhz baş həkimlər tərəfindən müxtəlif yollarla mənimsənilməsi hallarına dair sosial şəbəkələrdə və dövrü mətbuatda kifayət qədər məlumatlara rast gəlmək mümkündür.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi yeniliklər, tədbirlər ölkə başçısı İlham Əliyev cənablarının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur.Mərkəz ən son texnoloji avadanlıqlarla təchiz olunub,təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar tərəfindən bütün göz xəstəliklərinin müayinə və müalicəsi,eləcə də müxtəlif əməliyyatlar aparılır.Son illər mərkəzdə yaradılmış səyyar klinika tərəfindən respublikanın bir çox rayon və şəhərlərində yüzlərlə tibbi aksiya keçirib. Mərkəzin Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır və əhali tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilir.
Aktualinfo.org-un Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tender prosedurları ətrafında apardığı araşdırmalarda bir sıra maraqlı məqamlar ortaya çıxıb.Belə ki,Milli Oftalmologiya Mərkəzi tərəfindən 20.07.2020-ci il tarixdə “THE RICH HOLDING” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tamamlama işləri üzrə tikinti materiallarının satın alınması üçün 115722 manat dəyərində müqavilə bağlanıb.Elə həmin tarixdə əsas işlər üzrə tikinti materiallarının satın alınması üzrə “THE KİNG COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 153899 manat dəyərində müqavilə bağlanıb. Başlanğıc işləri üzrə tikinti materiallarının alınmasına isə Milli Oftalmologiya Mərkəzi MARYAM GROUP OF COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 180366 manat dəyərində müqavilə də 20.07.2020-ci il tarixdə bağlanıb.
Milli Oftalmologiya Mərkəzi istehlakyönlü müxtəlif xidmətlərin satın alınması üzrə 22005 manat dəyərində müqaviləni “Maryam Holding” MMC ilə 02.06.2020-ci il tarixdə bağlayıb. 17.04.2020-ci il tarixdə isə Mərkəz “Schenker Azərbaycan” MMC ilə digər malların alınması üzrə 31011.5 manat dəyərində müqavilə bağlayıb. Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınmas üzrə 44800 manat dəyərində müqavilə isə 16.03.2020-ci il tarixdə “KASPİAN STANDART COMPANY” MMC ilə bağlanıb. Elə həmin tarixdə Milli Oftalmologiya Mərkəzi abadlaşdırma xidmətinin alınması üzrə 19800 manat dəyərində müqaviləni “COZY CO” MMC
ilə bağlayıb.
Qeyd edək ki,ilk baxışdan bu tender prosedurlarının keçirilməsində qeyri-adi heç nə görsənmir.Lakin araşdırıldıqda bir sıra şübhəli məqamların ortaya çıxdığı görsənir.Belə ki,Milli Oftalmologiya Mərkəzi tərəfindən keçirilmiş tenderlərdə satınalmalar haqqında qanunun tələbləri pozulub.Tender Komissiyasinin ən birinci nəzərə almalı olduğu şərt, iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında bank arayışı,son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı,son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti,anoloji işlərdə təcrübəsi, iddiaçının potensialı, texniki və kadr imkanları haqqında rəsmi məlumatlar olmalıdır. Lakin görəsən 2-3 ay əvvəl yaradılmış bu MMC-lərlə müqavilə bağlanarkən bu şərtlərin hansı birinə əməl edilib?Təbii ki,heç birinə.Tender elanınından 2-3 ay əvvəl yaradılmış 10 manat nizamnamə kapitalı olan bu MMC -lərin nə kimi maddi texniki bazası,kadr potensialı,analoji işlərdə təcrübəsi ola bilər? Burada digər maraqlı məqam isə göstərdiyimiz MMC-lərin qanuni təmsilçilərinin qadın olmalarıdır.Hər qadının adına yaradılmış iki MMC ilə işbirliyinin qurulması burada şübhələri bir az da artırmış olur.Sözügedən MMC-lərin qanuni təmsilçilərinə diqqət yetirək.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “THE KİNG COMPANY” (VÖEN 1604002951) Məhdud Məsuliyyətli Cəmiyyəti 13.03.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri,Nizami rayonu,Qara Qarayev pr ev 78, m.21,qanuni təmsilçisi Zeynalova Nailə İlham qızı olduğu göstərilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “SCHENKER AZƏRBAYCAN” (VÖEN 2001349051) Məhdud Məsuliyyətli Cəmiyyəti 11.11.2008-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri,Xətai rayonu,Natiq Əliyev ev 46, m.96, qanuni təmsilçisi Zeynalova Nailə İlham qızı olduğu göstərilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “MARYAM GROUP OF COMPANY” (VÖEN 1504943901) Məhdud Məsuliyyətli Cəmiyyəti 22.01.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri,Nərimanov rayonu,Əhməd Rəcəbli ev 36, m. 18,qanuni təmsilçisi Əsədova Nazilə Sabir qızı olduğu göstərilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “KASPİAN STANDART COMPANY” (VÖEN 1504968271) Məhdud Məsuliyyətli Cəmiyyəti 06.02.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri,Nərimanov rayonu,Əhməd Rəcəbli ev 36, m. 18,qanuni təmsilçisi Əsədova Nazilə Sabir qızı olduğu göstərilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “MARYAM HOLDING”(VÖEN 1505001671) Məhdud Məsuliyyətli Cəmiyyəti 02.03.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri,Nərimanov rayonu,Ağa Nemətulla ev 73, m. 12,qanuni təmsilçisi Hacızadə Samirə Faiq qızı olduğu göstərilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “THE RICH HOLDING” (VÖEN 1505001541) Məhdud Məsuliyyətli Cəmiyyəti 02.03.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC nin hüquqi ünvanı Bakı şəhəri,Nərimanov rayonu,Ağa Nemətulla ev 73, m. 12,qanuni təmsilçisi Hacızadə Samirə Faiq qızı olduğu göstərilib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “COZY CO” Məhdud Məsuliyyətli Cəmiyyəti 14.09.2018-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alınıb.Nizamnamə Kapitalı 10 manat olan MMC nin hüquqi ünvanı Bakı şəhəri,Xətai rayonu, Neapol ev 5h,qanuni təmsilçisi Dadaşova Sevinc Fəxrəddin qızı olduğu göstərilib.

Qeyd edək ki,tenderlərin keçirilməsinə cavabdeh hər bir qurumda yaradılan Tender Kommissiyasıdır.Milli Oftalmologiya Mərkəzinin Tender Komissiyası tərəfindən yol verilmiş bu kimi ciddi qanun pozuntularına Baş direktor Elmar Qasımov da məsuliyyət daşımamış deyil.Milli Oftalmologiya Mərkəzinin Baş həkim Səbinə Məcidova da həmçinin.Mərkəzin plan-iqtisad,maliyyə və mühasibatlıq şöbəsinin müdiri isə təbii ki,daha çox məsuliyyət daşıyır.
Aktualinfo.org



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
803 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...