Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları - Qalib MMC-lər kimindir?

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları -
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 2023-cü ilin noyabr ayının 22-də "Meyvə tinglərinin satın alınması" lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, bu satınalmanın məbləği 24.125 manat təşkil edib.

İnstitutut sifarişçi olduğu satınalmada "DONNE KIDS" Məhdud Məsuliyyətli Cəmiyyətini qalib elan edib.

"DONNE KIDS" MMC 2023-cü ilin may ayında təsis edilib. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu ev 43, qanuni təmsilçisi isə Sadıqova İnci İntiqam qızıdır.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları -


"DONNE KIDS" MMC-nin fəaliyyət profili, uyğunluq sertifikatları, maddi bazası, faktiki ünvanı barədə açıq internet resurslarında məlumata rast gəlinmir.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu daha bir şübhəli satınalmanı 2023-cü ilin avqust ayının 21-də keçirib.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları -


"Dəftərxana və təsərrüfat mallarının satın alınması" lotu üzrə keçirilən bu satınalmanın məbləği 11.448 manat, qalibi isə "BLUE DİAMOND" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

"BLUE DİAMOND" MMC 2022-ci ilin aprel ayında dövlət qeydiyyatına alınıb.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları -


"BLUE DİAMOND" MMC-nin hüquqi ünvanı Zərdab rayonu, Azərbaycan küçəsi ev 19, mənzil 6, qanuni təmsilçisi isə Məmmədova Almaz Xidmət qızıdır.

"BLUE DİAMOND" MMC-nin də maddi bazası, fəaliyyət profili, faktiki ünvanı və digər göstəriciləri barədə açıq internet resurslarında məlumat yoxdur.

Azərbaycanda fəaliyyət göstərən bəzi dövlət qurumlarının sifarişçi olduqları satınalmaları tanış təşkilatlara verdikləri barədə mediada kifayət qədər yazılıb.

Maraqlıdır ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun sifarişçi olduğu satınalmalara nəzər yetirərkən də belə fakta rast gəlinir.

İnstitut 2022-ci ilin sentyabr ayının 30-da "Qərzəkli meyvə bitkilərinin in vitro üsulu ilə çoxaldılması texnologiyasının elmi əsaslarının işlənməsinin satın alınması" lotu üzrə satınalma keçirib. Bu satınalmanın məbləği 69.561 manat, qalibi isə "Agrodev" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları -


"Agrodev" MMC Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutuna heç də yad təşkilat deyil.

Yerli mediada yazılanlara görə bu MMC-nin qanuni təmsilçisi Nəbiyev Elvin Bahəddin oğlu eyni zamanda sifarişçi təşkilat olan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun tabeliyində olduğu Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan bir sıra təşkilatlarda rəsmi vəzifə tutur.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları -


"AgroDev" MMC-nin rəhbəri Elvin Nəbiyev eyni zamanda "OXFHAM” təşkilatının kənd təsərrüfatı layihələri üzrə rəhbəri, eyni zamanda Aqrar Məşğulluğun Artırılması Layihəsinin (AMAL) rəhbəridir.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları -

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları -

Elvin Nəbiyev

"AgroDev" MMC Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir çox qurumların tenderlərində qalib edilib. Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu da 2022-ci ilin sentyabr ayının 30-da yekun vurduğu satınalmada bu şirkəti qalib edib.

Qlobal.az mövzu ilə bağlı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutundan mövqe öyrənib. İnstitutdan verilən cavabda deyilir: "Dövlət satınalmalar haqqında” qanununa müvafiq olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nəzarəti altında həyata keçirilir".

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları -


Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutun fəaliyyəti ilə bağlı Hesablama Palatasından da mövqe öyrənilib: "Hesablama Palatası Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda 2022-2023-cü illərdə audit həyata keçirilməyib-"deyə, Hesablama Palatası bildirib.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu 1926-cı ildə yaradılıb. İnstitut Quba rayonunun Zərdabi qəsəbəsində yerləşir. İnstitutun Lənkəran, Abşeron, Qəbələ, Göyçay və Zaqatala rayonlarında filifal, stansiya və dayaq məntəqələri var. Elmi müəssisənin istifsadəsində ümumilikdə 662 hektar torpaq var.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun şübhəli satınalmaları -

İlham Qaraqurbanlı

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru İlham Qaraqurbanlıdır.

O, 2015-ci ildən Kənd Təsərrüfatı Nazirliyin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsində işləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
701 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...