Daha bir erməni hərbçi saxlanıldı - Hərbi sirləri 370 dollara satıb

Daha bir erməni hərbçi saxlanıldı -
Ermənistan ordusunda növbəti dəfə dövlətə xəyanət faktı aşkarlanıb. AzVision.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Qeyd edilir ki, Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Hərbi Əks-kəşfiyyat İdarəsinin əməkdaşları cinayətlərə qarşı mübarizə sahəsində fəaliyyətini davam etdirərək növbəti kompleks əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Nəticədə, xüsusi xidmət orqanı daha bir dövlətə xəyanət faktının üstünü açıb.

Müəyyən edilib ki, Ermənistan Respublikası vətəndaşı, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqavilə əsasında xidmət aparan hərbi qulluqçusu, sıravi qumbaraatan, xidməti fəaliyyəti ilə əlaqədar dövlət və hərbi sirr təşkil edən məlumatları yayıb. O, 2021-ci ilin noyabr ayında "Odnoklassnik" sosial şəbəkəsində şərti ad altında yazan xarici kəşfiyyatın zabiti ilə ödənişli əməkdaşlığa başlayıb. Erməni hərbçi " WhatsApp" tətbiqi vasitəsilə 2021-ci ilin noyabrından 2022-ci ilin may ayına qədər mobil telefon ilə əlaqələr qurub. Hərbçi xüsusi xidmət orqanının nümayəndəsinə hərbi hissəsinin yerləşdiyi yer, döyüş mövqeləri, onlarda qulluq keçmə qaydası, balansda olan avtotexnikalarla bağlı dövlət və xidməti sirri təşkil edən hərbi hissə haqqında məlumatlar toplayıb və qarşı tərəfə təhvil verib.

Məlumatda qeyd edilir ki, hərbçi bunun müqabilində xarici xüsusi xidmət orqanlarından üç bank köçürməsi yolu ilə 370 ABŞ dolları alıb və bununla da Ermənistan Respublikasının ərazi bütövlüyü və xarici təhlükəsizliyinə xələl gətirərək dövlətə xəyanət edib.

"Artıq aidiyyəti qurumun İstintaq departamenti tərəfindən başlanmış cinayət işi çərçivəsində adıçəkilən hərbi qulluqçuya qarşı ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq davam etdirilir", - məlumatda deyilir.

Xatırladaq ki, 4 gün öncə də Milli Təhlükəsizlik Xidməti oxşar hərbi cinayətin üstünü açmışdı. O zaman müəyyən edilmişdi ki. zabit “Odnoklassniki” sosial şəbəkəsi vasitəsilə xarici kəşfiyyat xidmətinin nümayəndəsi ilə görüşərək hərbi sirrləri cəmi 200 dollara satıb.

Qeyd edək ki, Ermənistan ordusu artıq casuslar və xainlər şəbəkəsinə çevrilib. Bu il avqust ayına kimi Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlətə xəyanətlə bağlı artıq 5 cinayət işini məhkəməyə təqdim edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
571 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...