Qanunsuz ağac kəsilməsinə görə cinayət işi başladıldı

Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində növbəti qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Baş Prokurorluqdan GUNDEMİNFO.AZ-a verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində meşə fonduna daxil olmayan, həmçinin Xaçmaz meşəbəyliyinin 5 və 10 saylı və Oğuz meşəbəyliyinin 8a saylı dolayında meşə fonduna daxil olan ağacların və kolların qanunsuz kəsilməsi, həmin ərazinin qanunsuz şumlanması və əkilməsi, ümumilikdə 33 min manatdan çox məbləğdə ziyan dəyməsi faktları aşkar edilib.Fakta görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.1 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
199 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...