“PAŞA Həyat” və “Sea Breeze” arasında memorandum imzalanıb R

“PAŞA Həyat” və “Sea Breeze” arasında memorandum imzalanıb
21 aprel 2025-ci il tarixində “PAŞA Həyat” və “Sea Breeze” kurort şəhərciyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

İmzalanan saziş çərçivəsində “PAŞA Həyat” və “Sea Breeze” müxtəlif istiqamətlər üzrə təcrübə və məlumat mübadiləsi aparacaq, eyni zamanda ölkədə sığorta və sığorta məhsulları ilə bağlı maarifləndirici kampaniyalar təşkil edərək ictimaiyyətin məlumatlandırılmasını həyata keçirəcəklər. Bu əməkdaşlıq müştərilərin reinvestisiya imkanlarının yaradılması üçün yeni fürsətlərə yol açacaq.
Anlaşma Memorandumu çərçivəsində, həmçinin, daimi və sabit investisiya həyata keçirən şəxslər üçün yaşayış şəraitinin və daşınmaz əmlak əldəetmə imkanlarının yaxşılaşdırılması, əlavə üstünlüklər və imtiyazların yaradılması kimi müddəalar da öz əksini tapıb.

“PAŞA Həyat” və “Sea Breeze” arasında memorandum imzalanıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
22 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...