Polkovnik Vüsal Babayevlə bağlı materiallar Hərbi Prokurorluğa göndərilib - RƏSMİ

Polkovnik Vüsal Babayevlə bağlı materiallar Hərbi Prokurorluğa göndərilib -
Ehtiyatda olan polkovnik Vüsal Babayev 2020-ci ilin yay aylarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Səbail rayon idarəsində Xidmətin özü tərəfindən keçirilən yoxlamalarda vəzifəsindən kənarlaşdırılıb.

Gundeminfo.az-ın xəbərinə görə, SHXÇDX-dan APA-ya bildirilib ki, yoxlamalar zamanı xidmətdə buraxdığı nöqsanlara görə Səbail rayon idarəsinin rəisi, polkovnik Vüsal Babayev vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb.

"Onun xidməti fəaliyyətinə qiymət verilməsi üçün materiallar Hərbi Prokurorluğa göndərilib. Bir müddət sərəncamda qaldıqdan sonra polkovnik Vüsal Babayev ehtiyata buraxılıb", - deyə məlumatda vurğulanıb.

Baş Prokurorluqdan bildirilib ki, Vüsal Babayev Respublika Hərbi Prokurorluğunda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
849 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...