Xaricdə gizlənən 30 nəfər tutularaq Azərbaycana gətirilib

Xaricdə gizlənən 30 nəfər tutularaq Azərbaycana gətirilib


Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə ötən il ərzində birinci instansiya məhkəmələrində 10849 şəxs barəsində 9455, apelyasiya instansiyası məhkəmələrində 3292 şəxs barəsində 2949, kassasiya instansiyası məhkəməsində 1314 şəxs barəsində 1097 (bütün instansiya məhkəmələri üzrə cəmi 15455 şəxs barəsində 13501 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

APA-nın məlumatına görə, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə Baş Prokurorluqda yaradılmış 961 saylı “Çağrı Mərkəzi”ndə hesabat dövründə 17421 müraciət qeydə alınaraq, onlardan 653-ü cinayət xarakterli məlumatlar olduğu üçün qeydə alınıb araşdırılması üçün aidiyyəti struktur qurumlara tapşırılıb, digərləri üzrə isə müvafiq hüquqi izahlar verilib.

Bildirilib ki, ötən il koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndiyi, səmərəli əməkdaşlıq nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 30 şəxsin tutularaq ölkəmizə ekstradisiyasının həyata keçirildiyi bildirilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
52 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...