Bakıda sığınacağın əməkdaşı döyülüb

Bakıda sığınacağın əməkdaşı döyülüb


"Təmiz Dünya" İctimai Birliyinin (İB) əməkdaşı döyülüb.

APA-nın xəbərinə görə, birliyin əməkdaşı Elnurə Zeynalova "Təmiz Dünya" İB-nin sığınacağında qalan qadınlardan birinin qohumları tərəfindən şiddətə məruz qalıb.

"Təmiz Dünya" İB-nin rəhbəri Mehriban Zeynalova bildirib ki, orada yaşayan qadının əri Primov Habil Məhəmməd oğlu, qayınanası Primova Saniyyət Məhəd qızı və baldızı Xəyalə sığınacağa gələrək, Elnurə Zeynalovaya ciddi xəsarətlər yetiriblər.

Hadisə ilə bağlı dərhal Daxili İşlər Nazirliyinin “102” Qanar Xəttinə müraciət edilib. Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
481 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...