Polisə müqavimətdə təqsirləndirilənlərin valideynləri: "Övladlarımız peşmandır"

Polisə müqavimətdə təqsirləndirilənlərin valideynləri:
Nizami Rayon Məhkəməsində Bakı Metropolitenində maska taxmaqla bağlı xəbərdalıq edən polis əməkdşlarına müqavimət göstərməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report” xəbər verir ki, proses hakim Nəriman Mehdiyevin sədriyi ilə keçirilib.

Vəkil Sadiq Rəsulovun verdiyi məlumata görə, iclasda zərərçəkmiş şəxslər ifadə verib. Proses noyabrın 2-də davam etdiriləcək.

Təqsirləndirilən şəxslərin məhkəmənin qarşısına toplaşan valideynləri övladlarının törətdiyi əməldən peşman olduqlarını bildiriblər.

Qeyd edək ki, Bakı şəhər sakinləri Ramin Baxışov, Allahverdi İmanquliyev, Şirzad Şirzadov, Taleh Baxşıyev və Sərvan Kərimov iyunun 4-də Bakı Metropolitenində xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq, onlara müqavimət göstərməkdə və xuliqanlıqda ittiham edilirlər.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
93 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...