Küçədə kişinin qadın və uşağı döyməsi haqda rəsmi açıqlama

Küçədə kişinin qadın və uşağı döyməsi haqda rəsmi açıqlama

Bakı Şəhər Baş Polis İdarəsi küçədə arvadını və uşağını döydüyü iddia olunan kişi ilə bağlı açıqlama verib.

Bakı BPİ-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, sosial şəbəkələrdə yayılan məlumat üzrə Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsində müvafiq araşdırmalar aparılıb, avtomobil aşkarlanıb: “Həmin şəxslər müəyyən olunaraq Yasamal RPİ 29-cu Polis Şöbəsinə dəvət olunaraq izahatları alınıb. Tərəflər, aralarında yaranan mübahisənin şəxsi məsələ olduğunu vurğulayaraq, şikayətləri olmadığını bildiriblər. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, hadisə barədə jurnalist Günay Arda məlumat paylaşıb. O bildirib ki, fevralın 20-i saat 15 radələrində İnşaatçılar metrostansiyasının yaxınlığında kişi qadını və yanındakı azyaşlını döyüb, ətrafdan müdaxilə edən şəxslərə də hücum edib: “Uşağın və qadının üz-gözündən qan axa-axa maşına basıb apardı”.

Jurnalist sözügedən maşının fotosunu da çəkə bildiyini qeyd edib:


Küçədə kişinin qadın və uşağı döyməsi haqda rəsmi açıqlama



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
578 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...