Erməni əsgəri döyüş postunda digər əsgəri güllələyib

Erməni əsgəri döyüş postunda digər əsgəri güllələyib

Ermənistan ordusunun əsgərinin hansı şəraitdə yaralanması ilə bağlı təfərrüatlar məlum olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, işğal altındakı ərazilərimizdə gözündən güllələnən hərbçi Rafik Vaqanyandır. Hadisə 16 dekabr, saat 15.50-də döyüş postunda baş verib. İstintaqçılar müəyyənləşdirib ki, onun xidmət yoldaşı siqnal tapançasında raketin olduğunu bilməyib və tətiyi çəkib.

Açılan atəş düz sıravi Vaqanyanın güzünü parçalayıb. İrəvana aparılan əsgərin vəziyyəti ağırdır. Faktla bağlı cinayət işi qaldırılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
625 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...