Rusiyada 20 yaşlı azərbaycanlı qız oğurlanıb

Rusiyada 20 yaşlı azərbaycanlı qız oğurlanıb

Rusiyanın Sankt-Peterburq şəhərinin Orconikidze küçəsində yerləşən mənzillərdən birindən 20 yaşlı azərbaycanlı qız oğurlanıb.

Virtualaz.org xəbər verir ki. bu barədə Rusiya KİV məlumat verib. Şəhərin Moskva rayonunun polisinə oğurlanmış qızın 45 yaşlı anası müraciət edib. Onun sözlərinə görə, naməlum şəxslər dekabrın 11-də günorta vaxtı evə daxil olaraq qızı aparıblar. Onlar həmçinin qızın anasına zərbə endiriblər.


Ərizəçinin sözlərinə görə, qızı oğurlayanlardan biri də azərbaycanlıdır. Digər iki nəfər isə ona kömək edib. Qaçırılan qız anası və nənəsi ilə birlikdə yaşayıb, atası vəfat edib. Qızın adı dəqiqləşdirilmir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
851 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...