BDU İndoneziya ali məktəbi ilə müqavilə imzaladı

BDU İndoneziya ali məktəbi ilə müqavilə imzaladı


İndoneziyanın Şimali Sumatera İslam Dövlət Universitetinin rektoru, professor Saidurrahmanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.

GUNDEMİNFO.AZ yazır ki, görüşdə Abel Məhərrəmov universitetin beynəlxalq əlaqələrindən, İndoneziya ali təhsil müəssisələri ilə əməkdaşlıqdan bəhs edib. Rektor, professor Saidurrahman təmsil etdiyi universitet haqqında məlumat verib, BDU ilə əməkdaşlığın hər iki tərəfə fayda verəcəyinə əminliyini ifadə edib. Təhsil və elm istiqamətində bir çox məsələlərin müzakirə olunduğu görüşdə universitetlərarası əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə professor-müəllim və tələbə heyətinin mübadiləsi, birgə tədqiqat işlərinin hazırlanması, konfrans və simpoziumların keçirilməsi və s. kimi məsələlər öz əksini tapıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
771 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...