Azərbaycan Beynəlxalq Bankı çirkli pulların yuyulması ittihamına aydınlıq gətirdi FOTOLAR

Azərbaycan Beynəlxalq Bankı çirkli pulların yuyulması ittihamına aydınlıq gətirdi


Bu gün ölkə mediasında Sankt-Peterburq şəhərində yerləşən «Azərbaycan Beynəlxalq Bankı-Moskva» ASC-nin fəaliyyəti ilə əlaqədar Rusiyanın Daxili İşlər Nazirliyi Mərkəzi Bankın Şimal-Qərb Baş İdarəsinin rəhbərliyinə müraciət edilməsi xəbəri yayılıb. Məktubda deyilir ki, hüquq-mühafizə orqanları «InTransServis» ASC ətrafında araşdırma apararkən bankın fəaliyyəti ilə bağlı bir sıra qanunsuzluqlar aşkarlayıblar.

«Araşdırma nəticəsində üzə çıxarılıb ki, bank cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması (çirkli pulların yuyulması), terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizəyə dair qanunlara əməl etmir», –məktubda deyilir.

Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən verilən açıqlamada isə bu məsələnin Bankın 2012-ci ildəki fəaliyyət dövrünə aid olduğu bildirilib. Qeyd edilib ki, bunu surəti yayılmış məktubun tarixindən və məzmunundan da görmək mümkündür. Belə ki, məktub 12 yanvar 2016-cı il tarixində təqdim olunub. Məzmununda isə 2012-ci ildə aparılmış əməliyyatlardan bəhs edilir.

Mətbuat xidmətindən o da bildirilib ki, hazırda «Azərbaycan Beynəlxalq Bankı-Moskva» ASC-nin fəaliyyəti tam qanunvericilik çərçivəsində qurulub və burada hər hansı şübhəli əməliyyatların aparılması mümkünsüzdür.


Azərbaycan Beynəlxalq Bankı çirkli pulların yuyulması ittihamına aydınlıq gətirdi
Azərbaycan Beynəlxalq Bankı çirkli pulların yuyulması ittihamına aydınlıq gətirdi
Azərbaycan Beynəlxalq Bankı çirkli pulların yuyulması ittihamına aydınlıq gətirdi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
795 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...