Rusiyada Azərbaycan vətəndaşı 83 yaşlı qadını öldürüb

Rusiyada Azərbaycan vətəndaşı 83 yaşlı qadını öldürüb


Rusiyanın Lipetsk vilayətinin Aleksandrovka kəndində 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı 83 yaşlı qadını qətlə yetirib. APA-nın “Komsomolskaya Pravda”ya istinadən verdiyi məlumata görə, üzərində zorakılıq əlamətləri olan qadının meyiti ötən gün səhər qonşular tərəfindən aşkar edilib.

Faktla bağlı cinayət işi açılıb, qadını qətlə yetirən Azərbaycan vətəndaşı saxlanılıb. O, ilk dindirilmə zamanı cinayət törətdiyini etiraf edib. İstintaqın məlumatına əsasən, qonşu kəndə yaşayan azərbaycanlı gənc qəssab bıçağını götürərək velosipedlə təqaüdçü qadının evinə gedib. Qapını qırıb və qadını oyadaraq ona hücum edib. Münaqişə nəticəsində o, 17 dəfə qadına bıçaq zərbəsi endirib. Qadın küçəyə qaçıb, qətli törədən şəxs isə hadisə yerindən uzaqlaşıb. Sorğu zamanı o, hadisədən əvvəl qadın tərəfindən təhqir edildiyini bildirib və onun evinə intiqam məqsədi getdiyini deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
664 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...