Yanıq xəsarəti alan 95 yaşlı kişi öldü

Yanıq xəsarəti alan 95 yaşlı kişi öldü


Balakəndə iki gün əvvəl yaşadığı evin vanna otağında partlayış nəticəsində ağır yanıq xəsarətləri alan 95 yaşlı Böyük Vətən müharibəsi veteranı xəstəxanada ölüb.

Balakən Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, martın 8-i yanıq xəsarətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən, rayonun Mahmalar kənd sakini, 1921-ci il təvəllüdlü Məhəməli Mohuma oğlu Mustafayev həkimlərin səyinə baxmayaraq martın 10-u səhər saatlarında aldığı ağır yanıq xəsarətlərindən ölüb.

Qeyd edək ki, Böyük Vətən müharibəsi veteranı olan 95 yaşlı M. Mustafayev martın 8-i səhər saat 06 radələrində yaşadığı evin vanna otağında qazı yandırmaq istəyərkən qısa müddətli alovla müşahidə olunan partlayış nəticəsində bədənin 1-ci, 2-ci və 3-ü A dərəcəli ağır termiki yanıq xəsarətləri almışdı.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
850 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...