Hadisə yerindən qaçan sürücü tutuldu - Rəsmi

Hadisə yerindən qaçan sürücü tutuldu -


Neftçala rayonunun hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqlapiyadanın ölümünə səbəb olan və hadisə yerindən qaçan sürücü tutularaq istintaqa cəlb olunmuşdur.

Belə ki, martın 4-də saat 16:30 radələrində Neftçala rayonu, Xolqaraqaşlı kənd sakini, 1983-cü il təvəllüdlüŞahpələng Muradov sürücülük hüququ olmadan idarə etdiyi yedəkli motosikllə kənd ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq piyadalar - həmin kənd sakinləri, 1971-ci il təvəllüdlü Güldəstə Zeynalova və 1969-cu il təvəllüdlü Yeganə Təhməzovanı vuraraq hadisə yerindən qaçmışdır. Hər iki şəxs Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da sonuncu aldığı xəsarətlərdən vəfat etmiş, G.Zeynalova isə müalicəsini davam etdirir.

DİA.AZ-a baş prokurorluqdan verilən məlumatda deyilir ki, faktla bağlı Neftçala rayon Polis Şöbəsinin İstintaq qrupunda Cinayət Məcəlləsinin 263-1.3 (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü(Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ş.Muradov tutularaq istintaqa cəlb olunmuşdur. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
923 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...