16 yaşlı Turalın ölümündən istifadə edən dələduzlar ortaya çıxıb - FOTOFAKT

16 yaşlı Turalın ölümündən istifadə edən dələduzlar ortaya çıxıb -
Bir neçə gün əvvəl Bakıda, Şağan Olimpiya Kompleksində baş verən qətl hadisəsi cəmiyyətdə geniş səs-küyə səbəb olub.

Azxeber.com xəbər verir ki, 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Ruslan Səfixanovun Tural Rüstəmovu qətlə yetirməsi görüntüləri isə cəmiyyətdə ciddi etirazlara və qəzəbə səbəb olub.

Hadisənin sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilməsi dələduzlar üçün yeni “gəlir qapısı” açıb.

Bir qrup dələduz hadisədən təsirlənən sosial şəbəkə istifadəçilərinə mərhum Tural Rüstəmovun bacısı adı ilə yazaraq onlardan maddi yardımlar istəyir. Dələduzlar Turalın ailəsinin imkanı olmadığını və bunun üçün yardımlar topladıqlarını bildirirlər.

Həmin ismarıclardan birini təqdim edirik:

16 yaşlı Turalın ölümündən istifadə edən dələduzlar ortaya çıxıb -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
569 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...