Sumqayıtda kart böhranı

Sumqayıtda kart böhranı
Bir müddətdir ki, Sumqayıt şəhərində ictimai nəqliyyatda tətbiq olunan kart sistemi vətəndaşlar üçün ciddi problemə çevrilib. Satışda yetərincə kartın olmaması bir yana, vətəndaşlar satılan yüzlərlə kartın da bloka düşdüyünü deyirlər. Nəticədə gediş haqqını ödəmək istəyən sərnişinlərin kartından pul çıxılır, amma ekranda kartın işləmədiyi ilə bağlı məlumat göstərilir.

“Qafqazinfo” xəbər verir ki, problem sosial şəbəkədə geniş müzakirəyə səbəb olub. Sumqayıtlılar şəhər rəhbərliyini əhali arasında lazımi maarifləndirmə aparmadan, tam hazırlıq görmədən kart sisteminə keçməkdə qınayırlar. Sakinlərin sözlərinə görə, avtovus sürücüləri hər gün işə çıxanda “Nəqliyyat” MMC-dən 200-300 kart götürsələr də, həmin kartlar cəmi 1-2 saata satılıb qurtarır. Bundan əlavə, qəzet köşklərində kartlar öz (2 AZN) qiymətindən baha - 2.50 manata satılır.

Sərnişinlər problemlə əlaqədar dəfələrlə “Nəqliyyat” MMC-nin qarşısına toplaşdıqlarını, vədlər verilsə də, məsələnin həllini tapmadığını deyirlər. Hər gün işə getməli olan sakinlər bloka düşən kartların ucbatından əsəb və stress keçirdiklərini vurğulayırlar. Sürücülər problemi “Nəqliyyat” MMC-nin həll edəcəyini, sözügedən qurum isə “Azərpoçt”a yönləndiriləcəyini deyir.

Problemlə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, Sumqayıt şəhərində ictimai nəqliyyatda artıq bir neçə müddətdir ki, gediş haqqının təmassız ödəmə sistemi ilə tətbiqinə başlanılıb: “Sumqayıt sakinləri gediş haqqını istənilən təmassız bank kartı və NFC texnologiyasını dəstəkləyən cihazlar vasitəsilə ödəyə bilərlər. Bank kartları olmayan sərnişinlər üçün isə nəqliyyat kartları buraxılıb.
Sumqayıtda kart böhranı

Sərnişinlərin həmin kartları rahat əldə etməsi üçün ilk günlərdə satışı avtobuslarda təşkil olunurdu. Bu gündən etibarən şəhər ərazisində fəaliyyət göstərən poçt məntəqələrindən də sərnişinlər bu kartları əldə edə biləcəklər. O ki, qaldı digər texniki problemlərə, sistem yeni tətbiq olunduğu üçün müəyyən texniki problemlər üzə çıxır və bu problemlərin dərhal aradan qaldırılması və ödəmə isteminin təkmilləşdirilməsi ilə bağlı işlər həyata keçirilir. Yaxın zamanlarda sərnişinləri narahat edən problemlər aradan qaldırılacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
282 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...