Fransa prezidenti İlham Əliyevdən nə xahiş edib?

Fransa prezidenti İlham Əliyevdən nə xahiş edib?

Fransa prezidenti Fransua Ollandın İrəvanda “soyqırımı” mərasimlərində iştirakdan sonra Bakıya səfər etməsi diplomatik nöqteyi-nəzərdən qaçılmaz idi.

GUNDEMİNFO.AZ virtualaz.org saytına istinadən xəbər verir ki, bu barədə Fransanın “Radio France İnternational” (RFİ) radiostansiyası bu ölkə prezidentinin Bakıya səfərini şərh edərkən bildirir.

Radiostansiya qeyd edir ki, Fransa Minsk Qrupunun həmsədridir və münaqişənin nizamlanması üçün vasitəçilik səyləri göstərir. Ötən il təmas xəttində şiddətli döyüşlərin getdiyi bir vaxtda Olland prezidentlər Əliyev və Sərkisyanın görüşünü təşkil edib.

“Yelisey sarayında deyirlər ki, hazırda münaqişə zonasında situasiya nisbətən stabildir, “proqres var”, ancaq vaxtaşırı olaraq atəşkəs rejiminin pozulması halları müşahidə olunur. Bu səbəbdən Fransa münaqişənin aktiv fazaya keçməməsi və böhrandan çıxış yolu tapılması üçün diplomatik səylər göstərir”- deyə radionun şərhində bildirilir.

RFİ F.Ollandın İrəvanda Ermənistan və Rusiya prezidentləri ilə keçirdikləri ikitərəfli görüşlərin əsas mövzusunun da Dağlıq Qarabağ münaqişəsi barədə olduğunu qeyd edir.

Bakıda isə Olland prezident İlham Əliyevlə bir neçə saat görüşüb, Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı ikitərəfli münasibətləri də müzakirə edib.

“Bu dəfə vətəndaş cəmiyyəti və müxalifətlə görüş nəzərdə tutulmamışdı. Yelisey sarayında əmin edirlər ki, Fransua Olland tərəfindən Azərbaycandan insan haqları sahəsində situasiya və insan haqları müdafiəçisi Leyla Yunusun taleyi barədə məsələ də qaldırılıb”- deyə RFİ bildirir.

Xatırladılır ki, Olland ötən ilin mayında Bakıya səfəri zamanı “Fəxri Legion” ordeninin kavaleri olan Leyla Yunusla görüşmüşdü. Lakin bir müddət sonra Leyla Yunus ağır ittihamlarla həbs edilib.

“Bu mövzu qaldırıldı. Lakin Fransa Respublikasının rəhbəri növbəti dəfə Azərbaycan hakimiyyətindən belə cavab eşitdi ki, məhkəmələr müstəqildir, onların qərarına müdaxilə edilməsi mümkün deyil və ölkədə siyasi məhbuslar yoxdur”- deyə RFİ bildirir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1834 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...