Türkiyə-Azərbaycan dəhlizi İrandan keçəcək - Ərdoğan

Türkiyə-Azərbaycan dəhlizi İrandan keçəcək -
"Bu dəhliz Türkiyə və Azərbaycan üçün çox önəmlidir və tamamlanması vacib olan strateji məsələdir".

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

O, qeyd edib ki, bu dəhliz açılanda Bakıdan çıxan avtomobil və ya qatar dərhal Qarsa çata biləcək: "Türkiyə ilə Azərbaycan arasında qardaşlıq daha da möhkəmlənəcək. İrandan müsbət impulslar gəlir və bu, ümidvericidir.

Biz bu yerləri sülh dəhlizinə çevirəcəyimizə ümid edirik. Bu dəhlizi müharibə yeri kimi təsəvvür etmək olmaz. Biz bu problemi döyüşmədən, toqquşmadan həll etməliyik. Nəzərə alsaq ki, bu, dəmir yolu sistemidir, o zaman Türkiyədən Naxçıvan vasitəsilə gələn qatar Ermənistandan keçərək Azərbaycana çatacaq. Ermənistandan keçməyə gəlincə, onlar bu yolu açmasa, necə keçəcək? İran ərazisindən keçəcək. İran indi buna müsbət baxır və ona görə də İran ərazisindən Azərbaycana daxil olmaq mümkündür".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
415 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...