Bu ərazidə 1800 mənzil 8 il əvvəl sökülməliydi: niyə gecikir?

Bu ərazidə 1800 mənzil 8 il əvvəl sökülməliydi: niyə gecikir?

Ölkədə qəzalı vəziyyətdə olan çoxsaylı binaların illərlə sökülməməsi və yenidənqurma layihələrinin icrasına başlanılmamasına səbəb dövlət qurumları arasında koordinasiyanın zəif olması, razılaşdırmaların uzun zaman alması və iqtisadi səmərəlilik baxımından şirkətlərin tərəddüd etmələridir.

Bu sözləri Axar.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov deyib.

"Qəzalı binaların sökülməsi üçün bir neçə mərhələli təsdiq prosesi tələb olunur. Bu layihələrin təsdiqi Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətindədir. Lakin normativ dəyişikliklər, texniki şərtlərin uzanması və layihələrin iqtisadi baxımdan sərfəliliyi məsələləri səbəbindən bu proseslər illərlə ləngiyir”, - ekspert bildirib.

Onun sözlərinə görə, sökülməsi planlaşdırılan ərazilərlə bağlı dövlət qurumlarından müvafiq razılıqlar alınsa belə, real icra gecikir:

"Hələ 2017-ci ilin aprelində Nazirlər Kabinetinin verdiyi 83 saylı qərara əsasən, Bakının 1-ci mikrorayon ərazisində yerləşən təqribən 1800 mənzildən ibarət beşmərtəbəli binalar sökülməli, onların yerində yeni yaşayış kompleksləri inşa olunmalı idi. Fövqəladə Hallar Nazirliyi tərəfindən də bu binaların qəzalı olduğu barədə rəy verilib. Layihə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənsə də, üzərindən 8 il keçməsinə baxmayaraq, icrasına başlanmayıb”.

Ekspert qeyd edir ki, məsələ ilə bağlı 2024-cü ilin martında baş nazirin yanında xüsusi komissiya yaradılıb və ölkə üzrə 197 binanın rəsmi şəkildə qəzalı olduğu bildirilib:

"Bu komissiya çərçivəsində binaların sökülməsi və əhalinin təhlükəsizliyinin təmin olunması üçün tədbirlərin görülməsi vacib sayılıb. Lakin praktiki baxımdan hələ də nəticə yoxdur”.

E.Azadov əlavə edib ki, müxtəlif tikinti şirkətləri tərəfindən onlarla layihə hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim edilsə də, onların əksəriyyəti təsdiq olunmayıb və icraya buraxılmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
70 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...