Kılıçdaroğlu istefa verəcəkmi? özü açıqlama verdi

Kılıçdaroğlu istefa verəcəkmi?
Cümhuriyyət Xalq Partiyası (CHP) lideri Kamal Kılıçdaroğlu seçkidə uduzduğu üçün partiya sədrliyindən istefa verib-verməyəcəyi ilə bağlı sualı cavablandırıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Halk TV-də danışıb.

“CHP köklü bir partiyadır. CHP-də hər bir fikir asanlıqla səslənir, müzakirə edilir və bu prosesin sonunda partiyanın səlahiyyətliləri qərar verir. Biz indi bu prosesdən keçirik. Mərkəzi İdarə Heyətində, Partiya Məclisində araşdırmalar, qiymətləndirmələr, müzakirələr aparılacaq və biz birlikdə qərar verib ictimaiyyətlə paylaşacağıq”, - deyə K. Kılıçdaroğlu bildirib.
Qeyd edək ki, Türkiyədə birinci turu 14, ikinci turu 28 may tarixlərində baş tutan prezident seçkilərində yekun olaraq Rəcəb Tayyib Ərdoğan qalib gəlib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
202 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...