Hande Harmancıdan COVID-19 buster dozaları ilə bağlı gözlənilməz AÇIQLAMA

Bunu APA-nın pandemiyadan sonra koronavirus vaksininin vurulub-vurulmayacağı məsələsi ilə bağlı sorğusuna cavabında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
Onun sözlərinə görə, mövcud sübutlara əsasən, ÜST və ÜST-ün Avropa Regionunda Milli İmmunlaşdırma Texniki Məsləhət Qruplarının əksəriyyəti hazırda bir çox ölkələrdə tətbiq olunan üçüncü dozadan artıq əlavə COVID-19 buster dozalarını tövsiyə etməyib.
“ÜST peyvəndin effektivliyi ilə bağlı meydana çıxan sübutları nəzərdən keçirməyə davam edəcək və buster dozalar da daxil olmaqla, COVID-19 peyvəndi siyasəti ilə bağlı ölkələrə əlavə təlimatlar təqdim edəcək”, - o əlavə edib.
1395 dəfə oxundu