Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasına – Paşinyanın reaksiyası

Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasına –
Ermənistanın Baş naziri Nikol Paşinyan dünən axşam saatlarında İrəvanda keçirilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarının yandırılmasına münasibət bildirib.
Yeniavaz.com “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan danışıb.
Mətbuat katibi qeyd edib ki, baş nazir bu cür hərəkətləri təxribat və qızışdırıcı hesab edir.
“Baş nazir Paşinyan belə bir təcrübəni pisləyir, bunu məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətlərin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı başqa cür baxa bilməz. Bu, təxribat və qızışdırıcı hərəkətdir”, - Bağdasaryan qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
24 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...