Ukrayna kütləvi raket hücumuna məruz qalıb, 9 ölü, 63 yaralı

Ukrayna kütləvi raket hücumuna məruz qalıb, 9 ölü, 63 yaralı
Ötən gecə Ukrayna Rusiya tərəfindən kütləvi hücuma məruz qalıb, Kiyevdə zərbələr nəticəsində çoxlu insan ölüb, onlarla insan yaralanıb.

APA xəbər verir ki, Ukrayna Fövqəladə hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, bu gün səhər saatlarına olan məlumata görə, 9 nəfər həlak olub.

Bundan başqa hava zərbələri nəticəsində 63 nəfərin xəsarət aldığı bildirilir ki, onlardan da 6-sı uşaqdır. Xəsarət alanların 42 nəfəri xəstəxanaya yerləşdirilib.

"Yaşayış binalarında dağıntılar olub. Dağıntılar altında qalan insanların axtarışı davam edir", - məlumatda bildirilir.

***

05:51

Ukraynanın bir sıra şəhərləri pilotsuz uçuş aparatları, ballistik raketlərlə, o cümlədən “Kalibr” raketlərindən atəşə tutulub.

APA xəbər verir ki, Ukrayna mətbuatı Xmelnitski, Poltava, Kirovoqrad vilayətləri, Çerkasi, Xarkov, Çerniqov, Vinnitsa vilayətləri raket atəşinə tutulub.

Ukrayna Silahlı Qüvvələri Kiyevdə hava hücumundan müdafiə sisteminin fəaliyyət göstərdiyini açıqlayıb.

***

04:32

Ukraynanın şəhərləri kütləvi raket hücumuna məruz qalıb.

APA xəbər verir ki, Kiyevdə güclü partlayışların baş verdiyi bildirilir.

Ukrayna mediası hücumlar zamanı ölən və yaralananların olduğunu yazıb.

Xarkovda Novobavarski rayonunda da bir sıra partlayışlar baş verib. Partlayışlar zamanı ölən və yaralananlar barədə hələlik məlumat yoxdur. Xarkovun meri İqor Terexov şəhərə yeddi raket zərbəsi endirildiyini bildirib.

Kiyevin meri Vitali Kliçkonun sözlərinə görə, Rusiyanın Kiyevə hücumundan ən çox Svyatoşinski rayonu zərər görüb. Belə ki, şəhərin 6 məntəqəsində yanğın baş verib, dağıntılar var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
25 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...