Sərhədçiləri Xudafərinə çıxaran sızma əməliyyatı - İLK DƏFƏ + VİDEO

Sərhədçiləri Xudafərinə çıxaran sızma əməliyyatı -

Baku TV-də yayımlanan “Qarabağ Xronikası” verilişinin 61-ci buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi jurnalist Fərdin İsazadə budəfəki buraxılışda sərhədçiləri Xudafərinə çıxaran sızma əməliyyatından danışıb.

O bildirib ki, 44 günlük Vətən müharibəsinin əsas əks-hücum istiqaməti olan cənub cəbhəsində Müdafiə Nazirliyi ilə yanaşı, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları da Azərbaycanın qələbə salnaməsinə öz adlarını qızıl hərflərlə yazıb.

Belə ki, Lələtəpədən başlayan əks-hücum əməliyyatlarına qatılan sərhədçilərimiz Cəbrayıl, Hadrut, Xudafərin, Zəngilan, Qubadlı və Şuşanın azadlığı uğrunda həyata keçirilən əməliyyatlarda şücaətlə iştirak ediblər.

Hadrut qəsəbəsi işğaldan azad edildikdən sonra sərhəd qoşunlarının qrupları Xudafərin istiqamətində sızma əməliyyatı həyata keçirir. Bu işdə onlara qurumun pilotsuz aviasiyası kəşfiyyat dəstəyi verir və düşmən arxasına sızan sərhədçilərimiz Darıdağda pusqu qurur. Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyən və geri çəkilməyə məcbur olan düşmən heç fərqinə də varmırdı ki, Darıdağ və onun önündə yerləşən yüksəkliklərdə onları “sürpriz” gözləyir.

Sözügedən verilişi təqdim edirik:

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
133 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...