Qaxda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var

Qaxda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var

Qax rayonunda yol qəzası baş verib.

"Gundeminfo"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Zaqatala rayonu istiqamətində hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan bir-neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətlərı alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
948 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...