BTC-də strateji əhəmiyyətli nasos xarab oldu, BP təcili briqada çağırdı

BTC-də strateji əhəmiyyətli nasos xarab oldu,

Bakı-Tiflis-Ceyhan (BTC) neft kəmərinin Gürcüstandan keçən hissəsində ətraf mühiti neft sızmalarından mühafizə edən nasos sıradan çıxıb.

Kəmərin operatoru BP nasazlığı aradan qaldırmaq üçün Britaniyadan təcili briqda çağırıb. Nasosun təmirini “Amarinth” şirkəti həyata keçirib.

Şirkətin yaydığı məlumata əsasən nasazlıq kəmərin Borjomi vadisindən keçən hissəsində baş verib. Ehtiyat nasos ekoloji baxımdan həssas bölgədə mümkün neft sızmalarının qarşısını almaq üçün “Amarinth” şirkəti tərəfindən quraşdırılıb. BP ilə bağlanmış müqaviləyə əsasən şirkət API 610 VS4 tipli şaquli nasosa xidmət göstərməyi və təmir işlərini də üzərinə götürüb.

Nasosun funksiyası kəmərdə sızma olarsa axan nefti çəkmək və ekoloji təmiz manera ilə utulizasiya etmkdir.

Şirkət bildirir ki, planlı texniki xidmət zamanı nasoslardan biri neftsiz işlədilib. Nəticədə nasosa zibil düşüb, onun mexaniki hissələrini zədələyib.

BP təcili şəkildə “Amarinth” şirkəti ilə əlaqə saxlayıb, nasosdakı nasazlığın araşdırılmasını, sızmaya qarşı digər nasosların vəziyyətini yoxlamağı, zərurət yaranarsa nasosu yeniləməyi istəyib. Nasosun ətraf mühiti çirklənmədən mühafizə etdiyini nəzərə alaraq yerli hakimiyyət BP-yə xeyli təzyiq edib, nasazlığın təcili aradan qaldırılmasını tələb edib. Nəticədə BP şirkəti “Amarinth”ə bütünişləri yekunlaşdırmaq və nasosları təkrar hazır vəziyyətə gətirmək üçün cəmi 3 həftə vaxt verib.

“Amarinth” dərhal texniki komandasını, ixtisaslı mühəndis kadrlarını səfərbər edib və Gürcüstana göndərib. Yerində araşdırma zamanı məlum olub ki, nasazlıq daha ciddidir və xeyli ehtiyat detal lazımdır. Detallar Britaniyada sifariş verilib, hazırlanıb və təyyarə ilə Gürcüstana göndərilib.

“Amarinth” BP-nin verdiyi 3 həftə vaxt ərzində bütün işləri yekunlaşdıra bilib. Şirkət həmçinin BP-yə xidmət qrafikində dəyişiklik edib və gələcəkdə belə halların təcili aradan qaldırılması üçün hazırlıqlar görüb.

“Amarinth”in direktoru Oliver Brigginşou insidenti şərh edərkən bildirib: “Biz Bakı-Tiflis-Ceyhan neft kəmərində strateji əhəmiyyətli nasosların təmirinəvə yenidən istismara verilməsində BP-yə kömək etməkdən çox şadıq. Yüksək ixtisaslı və təcrübəli mühəndislərimizdən ibarət komandamız dünyanın istənilən yerində, quruda və dənizdə yeni nasosları istismara verməyə, onların təmirini həyata keçirməyə qadirdir”. /virtualaz/


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1629 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...