Bakıda sürücü yol polisinə rüşvət verib? - RƏSMİ + VİDEO

Bakıda sürücü yol polisinə rüşvət verib? -


Dünən sosial şəbəkələrdə Xırdalan şəhərində 99-YP-177 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan YPX əməkdaşlarının taxta materialları daşıyan yük maşınını saxlamaları ilə bağlı videogörüntülər yayılıb.

Görüntülər səssiz olduğu üçün videonun müəllifi “Bura qədər hər şey qaydasındadır, amma uzun sürən danışıqlardan sonra vətəndaş polis maşınına nəsə qoyur” sözləri ilə polisin sürücüdən rüşvət aldığını iddia edib.

Bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan videogörüntülərlə əlaqədar müvafiq araşdırma aparılıb:

“Müəyyən edilib ki, 15.09.2020-ci il tarixdə saat 10:20 radələrində Xırdalan şəhərinin H.Əliyev prospektində Bakı şəhər sakini Quliyev Namiq Adil oğlunun idarə etdiyi “Qaz-3302” markalı 10-NC-083 dövlət qeydiyyat nişanlı yük avtomobilində daşınan yükün nəqliyyat vasitəsinin arxa xarici işıq siqnallarının üstünü tutduğuna görə 99-YP-177 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan Abşeron rayon polis idarəsinin DYP şöbəsinin YPX əməkdaşları tərəfindən saxlanılıb və sürücüdən sənədlərinin təqdim edilməsi tələb edilib.

Sürücü N.Quliyev müvafiq sənədləri təqdim etdikdən sonra barəsində İXP 3535007 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək hərəkətinə icazə verilib.

Araşdırma zamanı izahat verən sürücü Namiq Quliyev həqiqətən də yük daşıma qaydalarını pozduğu üçün həmin vaxt saxlandığını və barəsində sənədləşmə aparıldıqdan sonra hərəkəti davam etdiyini, eləcə də ondan rüşvət alınması və ya istənilməsi kimi neqativ halların ehtimal edilməsinin yanlış olduğunu bildirib”.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
606 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...