İki Rusiya hərbi gəmisi Bakıya yaxınlaşır

İki Rusiya hərbi gəmisi Bakıya yaxınlaşır


Xəzərdə Rusiya, Qazaxıstan və Azərbaycan gəmilərinin iştirakı ilə “Xəzər dənizi 2015” hərbi oyunlarının başa çatmasının ardınca Rusiya donanması ilə İran donanmasının birgə manevrləri olub. Virtualaz.org saytı xəbər verir ki, İran donanmasının esminetsi və raket gəmiləri Xəzər dənizinin İrana aid hissəsində Rusiya donanmasının gəmiləri ilə birlikdə hərbi təlimlər keçiriblər.
Təlimlər avqustun 11-də başlayıb. Məqsəd iki ölkə hərbi donanmalarının Xəzərdə əməkdaşlığını təsdiq etməkdir.

İran hərbi donanmasının komandanı, admiral Əhməd Rza Baqeri “Fars” agentliyinə bildirib ki, Rusiya ilə birgə təlimlərin başlamasından əvvəl İranın “Damavand” esminetsi və iki raket gəmisi 200 hərbçinin iştirakı ilə ayrıca təlim keçirib. Daha sonra Ənzəli limanına yan almış Rusiya gəmiləri “Volqodonsk” və “Mahaçqala” İran gəmiləri ilə birlikdə təlimlərə başlayıb. Admiral Baqeri bildirib ki, təlimlərin başa çatmasından sonra Rusiya gəmiləri İran sularını tərk edib və Azərbycana doğru istiqamət alıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1057 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...