YAP-ın Mərkəzi Seçki Qərargahı fəaliyyətə başladı

YAP-ın Mərkəzi Seçki Qərargahı fəaliyyətə başladı


Cari ilin noyabr ayında Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı 10.08.2015-ci il tarixindən etibarən fəaliyyətə başlayıb. Bu barədə AzVision.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

A. Mirzəzadə bildirib ki, bununla bağlı bir neçə gün öncə partiyanın mərkəzi qərargahında toplantı keçirilib: “Artıq partiyanın Mərkəzi Seçki Qərargahının rayon təşkilatları şöbələri də fəaliyyət göstərir. Qeyd etdiyim iclasda bununla bağlı rayon təşkilatlarına müvafiq tapşırıq və tövsiyələr verilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1084 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...