Rusiya Ermənistana “İskander” raketləri göndərir?

Rusiya Ermənistana “İskander” raketləri göndərir?


Rusiya $200 mln. həcmində güzəştli kredit çərçivəsində Ermənistana müasir “İskander –M” operativ-taktiki raket kompleksi göndərəcək. Bu barədə bu gün “Jamanak” qəzeti Ermənistan Respublikaçı Partiyasına yaxn mənbəyə isnadən bildirib. Ermənistan Müdafiə Nazirliyi bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib.

Qeyd edək ki, “İskander –M” kompleksi orta məsafəli (280-dən 500 km.-dək) raket sistemidir. Düşmən qoşunlarının dərinliyndə hədəfi vurmaq üçün istifadə edilir və taktiki nüvə silahının çatdırılma vasitəsi ola bilər.

Ən mümkün hədəflər: raket kompleksləri, yaylım atəşli reaktiv sistemlər, uzaqvuran artilleriya, HHM vasitələri, aerodromlarda təyyarə və vertolyotlar, komanda məntəqələri, rabitə qovşaqları, mühüm mülkü infrastruktur ola bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1112 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...