Nemtsovu vuran killerin ifadəsi yayıldı: “Obamanı da güllələyərəm...”

Nemtsovu vuran killerin ifadəsi yayıldı: “Obamanı da güllələyərəm...”


Rusiyanın müxalifət lideri, keçmiş baş nazir Boris Nemtsovu qətlə yetirən killerin ifadəsi yayılıb.

Virtualaz.org saytı xəbər verir ki, Anzor Qubaşov adlı çeçenin mart ayında istintaqa öz istəyi ilə verdiyi ifadəni “Kommersant” yayıb.

Dindirmə protokoluna əsasən Qubaşev deyib ki, Nemtsovu çoxdan izləyirdi. Çünki müxalifət lideri onun xoşuna gəlmirdi, “dövlətin şərəfini” korlayırdı və “xalqı təxribata çəkirdi”.

“Müxalifət suyu bulandırmaqla məşğul idi, hansısa marş təşkil etmək istəyirdilər”- deyə killer ifadəsində bildirib.

Killer həmçinin deyib ki, Nemtsovun Ukrayna münaqişəsinə dair mövqeyi də onun xoşuna gəlmirdi. Çünki müxalifətçi Rusiyanın əleyhinə danışırdı və “Ukraynada baş verənləri burada təkrarlamağa çalışırdı”.

Qubaşev ifadəsində onu da deyib ki, Nemtsovu Qərb maliyyələşdirirdi, şəxsən prezident Barak Obama ona pul verirdi.

Həmçinin Qubaşev Nemtsovun Parisdə “Charlie Hebdo” jurnalının redaksiyasına edilən terror hücumunu pisləməsindən də qəzəbləndiyini deyib. Killer bildirib ki, Nemtsov bununla “Məhəmməd peyğəmbəri təhqir edib”.

“Hardasa yanvar ayında Fransanın boşboğazları bu haqda danışmağa başlayanda Nemtsov da onlara qoşuldu və peyğəmbəri söyməyə başladı, sonra İslama sataşdı. Nəticədə razılaşdıq ki, onu aradan götürək. Müsəlmanların şərəfinə sataşan hər kəsi bu aqibət gözləyir”- deyə çeçen qatil bildirib.

Qəzet yazır ki, Qubaşev qətlin detallarını da açıb, bildirib ki, Nemtsovuçn qətlinə hazırlıqlar yavar ayında başlamışdı.

Qubaşev Nemtsovu arxadan izlədiyini, digər killer Zaur Dadayevin onu arxadan güllələdiyini deyib. Bununla belə Qubaşev qətlin sifarişli xarakter daşımadığını bildirib. İstintaq da qətlin sifarişli xarakter daşıdığını inkar edir.

Nemtsovun qətlini həyata keçirənlərdən biri ifadəsində onu da deyib ki, törətdiyi cinayətə görə peşman deyil: “Əgər əlimə bir daha belə imkan düşsə, onu yenə güllələyrdim. Həm onu, həm peyğəmbərə sataşan istənilən başqa birini. İstənilən şəxsi! Fikirləşmədən Barak Obamanın özünü də güllələyrdim, əgər əlimə imkan düşsə”.

Boris Nemtsov bu il fevralın 28-də Kreml divarlarının qarşısında güllələnib. Onun qətlinin arxasında Rusiya hakimiyyətinin dayandığı əsas versiyadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1185 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...