Fransada terror törədənin kimliyi müəyyənləşib

Fransada terror törədənin kimliyi müəyyənləşib

Nazir Bernar Kaznev deyib ki, onun terrorçu olması faktı polisə məlum imiş

Fransanın Sen-Kenten-Falave şəhərində terror hadisəsini törədən şəxsin kimliyi müəyyənləşdirilib.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Hadisəni törədən 35 yaşlı Yasin Sallidir.

Ölkənin daxili işlər naziri Bernar Kaznev deyib ki, Y.Sallinin terrorçu olması faktı polisə məlum imiş.
Xatırladaq ki, Fransada baş verən terror aktında iki nəfər avtomobili maye qaz istehsal edən zavodun qapılarına sürərək, təbii qaz balonları olan anbara çırpıblar. Bundan sonra partlayış baş verib. Çoxlu sayda yaralanan var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1230 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...