“Azay Quliyevin vitse-prezident seçilməsi qələbəmizdir”

“Azay Quliyevin vitse-prezident seçilməsi qələbəmizdir”


"Azərbaycan Milli Məclisinin deputatı Azay Quliyevin ATƏT Parlament Assambleyasının vitse-prezidenti seçilməsi Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasətin qələbəsidir".

Modern.az-ın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

Xanım deputat bildirib ki, bu həm də bütövlükdə Azərbaycan xalqının, parlamentinin və diplomatiyasının uğurudur:
"Biz, uzun illərdir ki, beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT-lə sıx əməkdaşlıq edirik. Deputat həmkarımın belə bir yüksək posta seçilməsi həm də, bu əməkdaşlığın nəticəsidir".

Bahar Muradova Azay Quliyevin ATƏT PA-nın vitse-prezidenti kimi səmərəli faliyyət göstərəcəyinə və Azərbaycan dövləti, xalqı üçün daha böyük uğurlar gətirəcəyinə əmin olduğunu söyləyib:
“Azay Quliyev bundan əvvəl ATƏT PA-nın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini olub.
Həmin dövrlərdə də o, həm təşkilatın fəaliyyətinin səmərəliliyinin artmasında, həm Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə müdafiə olunmasında, həm də, problemlərimizin həllində mühim işlər görüb.

İnanırıq ki, qazandığı təcrübə nəticəsində o, vitse-prezident kimi də, təşkilatda çox səmərəli fəaliyyət göstərəcək.
Azərbaycanı daha yüksək səviyyədə təmsil etməklə yanaşı ATƏT regionu və ölkəmiz üçün vacib qərarların qəbul edilməsinə nail olacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
697 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...