İstanbul terrorunda ölü sayı yenə artdı

İstanbul terrorunda ölü sayı yenə artdı


Ölənlərdən 19 nəfər xarici ölkə vətəndaşlarıdır. İstanbulda Atatürk hava limanında baş verən terror aktı qurbanlarının sayı artıb. ANS PRESS-in məlumatına görə, daha bir yaralı dünyasını dəyişib. Bununla da ölənlərin sayı 43-ə yüksəlib. Bu barədə açıqlamanı Türkiyənin daxili işlər naziri Efkan Ala verib. O, parlamentdə çıxışı zamanı terror hadisəsi ilə bağlı açıqlmalar verib. Nazir bildirib ki, ölən 3 nəfər terrorçunun adı bu siyahıda deyil.

"Hazırda xəstəxanalarda 94 nəfər var. Ölənlərdən 19-u əcnəbilərdir. Əldə edilən sübutlar terroru İŞİD-in törətdiyini göstərir.
İstanbul terrorunda ölü sayı yenə artdı


Bu ana qədər terror hadisəsi ilə bağlı 13 nəfər saxlanılıb. Onlardan 9-u türkdür. İstanbulun Atatürk hava limanında terror hadisəsi iyunun 28-də gecə saatlarında baş verib. "Kalaşnikov"la silahlanan 3 nəfər hava limanı ərazisinə girərək qarşılarına çıxanlara atəş açmağa başlayıblar. Daha sonra onlar özlərini partladıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
755 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...