"Qarabağda vəziyyət gərginləşə bilər" - ATƏT sədri

"Qarabağda vəziyyət gərginləşə bilər" -


“ATƏT Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını tapmağa çalışır. Biz əlimizdən gələni edəcəyik ki, münaqişə həll olunsun”. Bunu Bakı şəhəri Ramana qəsəbəsi Şuşa şəhərciyində yerləşən N. Gəncəvi adına 4 saylı Xankəndi orta məktəbində şuşalı məcburi köçkünlərlə keçirilən görüşdə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer deyib.

Ştaynmayer bildirib ki, aprel hadisələri zamanı bütün səylər atəşin dayandırılmasına yönəlib: “İndi demək olar ki, atəş yoxdur. Lakin "status-kvo" belə qalmamalı, danışıqlar yolu ilə dəyişməlidir. Mən İrəvanda görüşlər keçirmişəm, Bakıda da görüşlər keçirəcəyəm.

Biz çalışmalıyıq ki, münaqişənin həll yollarını tapaq. Aprel hadisələri göstərdi ki, münaqişə çoxlu qurbanlara səbəb olur. Hər tərəf başa düşməlidir ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Biz addım atmasaq, qısa müddətdə ekskalasiya baş verəcək, vəziyyət gərginləşəcək. ATƏT bütün imkanlarından istifadə edəcək ki, gələcək sülhün bünövrəsi yaransın. Əlimizdə əvvəldən müəyyən sənədlər var, biz o sənədlərin əsasında addımlar atmalıyıq. Azərbaycan və Ermənistan da münaqişənin həlli üçün səy göstərməlidir”.

Ştaynmayer həmçinin Dağlıq Qarabağın azərbaycanlı icmasının Dağlıq Qarabağın erməni icması ilə davamlı görüşlərinin keçirilməsi barədə təşəbbüsünü də dəstəkləyib: “Bu təşəbbüsə erməni tərəfinin münasibəti öyrəniləcək. Biz icmalar arasında belə görüşün keçirilməsinə çalışacağıq”. (APA)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
811 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...