Turizm və Menecment Universitetinə rektor əvəzi təyin edilib

Turizm və Menecment Universitetinə rektor əvəzi təyin edilib


Azərbaycan Turizm və Menecment Universitetinin rektor əvəzi təyin olunub. APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarovun əmri ilə universitetin rektor müavini Eldar Aslanov rektor əvəzi təyin edilib.

E. Aslanov APA-ya xəbəri təsdiqləyərək qeyd edib ki, növbəti təyinata kimi rektorun səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Cəfər Cəfərov bir neçə gün əvvəl prezidentin sərəncamı ilə Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsindən azad edilərək, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
691 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...