Müştərilərin “Rabitəbank”dakı depozitləri 77 milyon manat azalıb

  Müştərilərin “Rabitəbank”dakı depozitləri 77 milyon manat azalıb
Müştərilər tərəfindən “Rabitəbank” ASC-yə yerləşdirilən depozitlərin həcmi azalıb.
Yeniavaz.com xəbər verir ki, bu ilin ilk 9 ayı ərzində müştərilərin “Rabitəbank” dakı depozitləri 2% və ya 20 milyon manat azalıb.
Hüquqi şəxslərin bankdakı depozitlərində isə kəskin azalma qeydə alınıb. Belə ki, hüquqi “Rabitəbank” dakı depozitləri bu ilin ilk 9 ayı ərzində 25% və ya 77,4 milyon manat azalaraq 308,4 milyon manatdan 231 milyon manata düşüb.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 101,3 milyon manat olan “Rabitəbank” ASC-nin əsas səhmdarı Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğludur. Bank səhmlərinin 41%-nin Əliyev Rauf Zeynal oğluna məxsus olduğu bildirilir.
Rauf Əliyev eyni zamanda bankın Müşahidə Şurasının üzvüdür.
Abdullayevin kürəkəni həm də “Mega Sığorta” ASC-nin əsas səhmdarlarından (19%) biridir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
198 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...