Azərbaycanda bu cərimələr 10 dəfədən çox artırılır

Azərbaycanda bu cərimələr 10 dəfədən çox artırılır
Qırmızı kitaba daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulmasına görə cərimə 10 dəfədən çox artırılır.

Heyvanlarla rəhmsiz rəftar edənlər 800 manatdan 2000 manatadək cərimələnəcək

Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycanın Qırmızı kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə fiziki şəxslər min manatdan min üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə ediləcək.

Qüvvədə olan qanuna görə isə bu cərimələr beş yüz manatdan yeddi yüz manatadək məbləğdədir.
FED.az


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
37 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...