Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır? - İDDİA

Sumqayıtda 28 ailənin bir qaz sayğacı var:
Sumqayıtda 28 ailə üçün yalnız bir qaz sayğacı quraşdırılıb.

Xezerxeber.az-ın məlumatına görə, elə limit də ancaq bir ailə üçün nəzərdə tutulub.

15-ci məhəllədə yerləşən yataqxananın sakinləri bildirirlər ki, Sumqayıt qaz idarəsi tərəfindən illər öncə 28 ailə üçün yalnız bir smart tipli sayğac quraşdırılıb.

Qaz limiti isə yalnız bir ailənin istifadə edə biləcəyi formada hesablanıb.

Limit qısa vaxtda bitən kimi, sakinlərin də problemləri yaranır.

Sakinlərin sözlərinə görə, bu ilin fevral ayının ikisində ərizə ilə aidiyyəti quruma müraciət ediblər. Ancaq onların şikayətinə hələ də baxan olmayıb.

Məsələ ilə bağlı Azəriqaz İB-dən bildirilib ki, sakinlərin şikayəti qısa vaxt ərzində öz həllini tapacaq.

Hazırda ailələr məcbur qalıb qaz balonlarından istifadə edirlər.

Ətraflı süjetdə:





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
454 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...